Moskvada azərbaycanlı jurnalist vəfat edib
20
yan
2018
00:05
Rusiyada azərbaycanlı jurnalist Oleq Məmmədov vəfat edib.Uzun sürən xəstəlikdən əziyyət çəkən Oleq Məmmədov 69 yaşında Moskvada dünyasını dəyişib.Mərhum yanvarın 21-də Moskvanın Perepeçinsk qəbiristanlığında dəfn olunacaq.Qeyd edək ki, Oleq Məmmədov 1951-ci ildə Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinin məzunu olan Oleq Məmmədov 40 ildən çox jurnalistika sahəsində çalışıb. O, 1968-78-ci illərdə "Molodyoj Azerbaydjana" qəzetində faəliyyət göstərib. O. Məmmədov 1989-91-ci illərdə “Komsomolskaya pravda” qəzetinin xarici ölkələrdə xüsusi müxbiri olub.Onun fəaliyyətinin bir hissəsi Rusiyadakı Azərbaycan diasporunun mətbuat orqanları ilə bağlı olub. Belə ki, O. Məmmədov 2000-2005-ci illərdə "Azərros" qəzetinin baş redaktoru, son vaxtlara qədər isə Ümumrusiya Azərbaycan Konqressinin mətbuat orqanı olan "Azərbaycan Konqressi" qəzetində redaktor kimi çalışıb.BAKU.WS
Oxşar xəbərlər
Xalq artisti Böyükağa Məmmədov vəfat edib
Xalq artisti, rəqqas Böyükağa Məmmədov dünyasını dəyişib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, B. Məmmədov bu gün uzun sürən xəstəlikdən sonra 90 yaşında və...