Anar Məmmədov "SOCAR Greece"in icraçı direktoru təyin olundu

Anar Məmmədov SOCAR Greecein icraçı direktoru təyin olundu
İqtisadiyyat 3174

 

Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan "Petkim (PetroKimya) Holding"in baş direktoru və İdarə Heyətinin üzvü Sadəddin Qorqud dünən vəzifəsindən azad edilib. 

Bu barədə "Report"a SOCAR-dan bildirilib. 

Şirkətdən verilən məlumata görə, S.Qorqudun yerinə SOCAR-ın Yunanıstandakı törəmə şirkətinin ("SOCAR Greece") icraçı direktoru Anar Məmmədov təyin edilib.

Bu gün yerli vaxtla saat 12:00-da Anar Məmmədov "Petkim Holding" kollektivinə təqdim olunacaq.

SOCAR-dan bildirilib ki, "SOCAR Turkey”də baş verən kadr islahatları çərçivəsində işdən çıxarılan başqa şəxslər də var: "Məhz onlardan birinin şikayəti əsasında "Petkim Holding" keçmiş baş direktoru Sadəddin Qorqud saxlanılıb".

Qeyd edək ki, bundan əvvəl Anar Məmmədov "SOCAR Energy Greece” şirkətinin icraçı direktoru vəzifəsində çalışıb. O, bu vəzifədə 2014-cü ildən çalışıb. "SOCAR Energy Greece" şirkətindən əvvəl isə A.Məmmədov "SOCAR Georgia Gas Ltd", "Arxiel Carbonexis Ltd", şirkətlərində baş icraçı direktor, "Millio İnternational Ltd" şirkətində isə regional direktor vəzifəsində çalışıb. A. Məmmədov Bakı Dövlət Universitetinin hüquq fakültəsində, Oksford Universitetinin Neft Çalışmaları üzrə Kollecində təhsil alıb.

BAKU.WS

Oxşar xəbərlər

"SOCAR Türkiye" bəzi işçilərin vəzifədən azad edilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib

"SOCAR Türkiye" bəzi işçilərin vəzifədən azad edilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib

"SOCAR Türkye" bəzi KİV-də şirkətdə bir sıra şəxslərin tutduğu vəzifədən azad edilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Şirkətdən "Report”a bildir...

1052 İqtisadiyyat 10:51 28 iyul 2016

Son xəbərlər