Azərbaycanda əməkdar artistin başını yarıblar? - AÇIQLAMA
Mingəçevir Dövlət Dram Teatrında aktyorlar arasında dava düşməsi barədə məlumatlar yayılıb.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, həmin məlumatlarda teatrın aktyorları Asim Məmmədov və İlqar Rəhimovun dalaşması, dava zamanı atılan külqabının əməkdar artist Ella Yaqubovanın başına çırpılması və onun ağır vəziyyətdə xəstəxanaya aparılması qeyd edilib.
Mingəçevir Dövlət Dram Teatrının direktor müavini Vüsal Məmmədov Lent.az-a açıqlamasında bildirib ki, bu gün adı qeyd edilən bütün aktyorlar "Lənkəran xanının vəziri” tamaşasının məşqindəı iştirak edib və hər hansı dava-dalaş baş verməyib. O, əlavə edib ki, Ella Yaqubova da teatrdakı məşqlərdə iştirak edib və başının yarılması barədə deyilənlər həqiqətə uyğun deyil.
BAKU.WS
Oxşar xəbərlər
Əməkdar artist vəfat etdi
Azərbaycanın əməkdar artisti, Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının aktyoru Əsgər Rəhimov vəfat edib. BAKU.WS xəbər verir ki, Milli.Az-a teatrdan verilə...