Gəncə Teatrından qaçaq düşən aktrisa (FOTO)

Gəncə Teatrından qaçaq düşən aktrisa (FOTO)
Şou-biznes 2355

Gəncə Dövlət Dram Teatrında rəhbərliklə aktyorlar arasında gərginlik səngimək bilmir. BAKU.WS-in ölkə.az saytına istinadən verdiyi məlumata görə, teatrın baş rejissoru İradə Gözəlova bu ilin yanvarından aparıcı aktrisa Kəmalə Məmmədovaya rol vermir. Mənbə bildirir ki, Məmmədova artıq Şəki Dövlət Dram Teatrı ilə əməkdaşlığa başlayıb və teatrın baş rejissoru Mirbala Səlimlinin dəvəti Haldun Taner in "...Və dəyirman dönərdi" əsərində rol alıb. Məsələ ilə bağlı Kəmalə Məmmədovanın mövqeyini öyrənmək mümkün olmayıb. Məlum olub ki, o, hazırda Şəki Teatrında baş rolu-Serapı oynadığı "...Və dəyirman dönərdi" əsərinin məşqindədir. Xatırladaq ki, tamaşanın premyerası dekabrın 10-da baş tutacaq. Məsələ ilə bağlı Gəncə Dövlət Dram Teatrının da mövqeyini dərc etməyə hazırıq. BAKU.WS

Oxşar xəbərlər

Əməkdar artist xəstəxanaya düşdü

Əməkdar artist xəstəxanaya düşdü

Əməkdar artist Ələsgər Məmmədoğlu xəstəxanaya yerləşdirilib. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, noyabrın 12-də günorta saatlarında təzyiqdən əz...

1437 Hadisə 13:09 13 noyabr 2015

Son xəbərlər