Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi
Hadisə 2

Azərbaycanın əməkdar artisti, Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının aktyoru Əsgər Rəhimov vəfat edib.

BAKU.WS xəbər verir ki, Milli.Az-a teatrdan verilən məlumata görə, aktyor ağır xəstə olub və üç gün əvvəl qaraciyərindən əməliyyat edilib.

1956-cı ilin noyabrın 27-də anadan olmuş Ə.Rəhimov 1979-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində ali təhsil alıb. 1978-1988-ci ilə qədər S.Vurğun adına Rus Dram teatrında, sonradan Bakı Kamera Teatrında aktyor vəzifəsində işləyib, 2005-ci ildə yenidən S.Vurğun adına Rus Dram teatrına qayıtıb. Bu illər ərzində teatr səhnəsində bir çox rol oynayıb. O, Nikita (A.Arbuzov "Kobud oyunlar"), Oyunçu (R.İbrahimbəyov "Poxoronı v Kalifornii"), Lukin (M.Qorki "Varvarı"), Bayandur (İ.Əfəndiyev "Büllur sarayda"), Ralf (R.Baer "Qarışıq hisslər"), Kazım (N.Rəsulzadə "Nonsens"), Qraf Kent (U.Şekspir "Kral Lir"), Həkim (K.Hiqqins "Qarold və Mod") kimi obrazları oynayıb. 9 may 2012-ci il tarixdə Əməkdar artist fəxri adına layiq görülüb.

BAKU.WS

Oxşar xəbərlər

Fəxrəddin Manafov 4 illik fasilədən sonra teatra qayıtdı (FOTO)

Fəxrəddin Manafov 4 illik fasilədən sonra teatra qayıtdı (FOTO)

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında "Kazanova: sevgi dərsləri” tamaşasının nümayişi keçirilib. BAKU.WS xəbər verir ki, gecənin ulduz qonağ...

1539 Şou-biznes 12:05 17 oktyabr 2016

Son xəbərlər