Fəxriyyə Xələfovanın gənclərlə yeni layihəsi reallaşacaq (FOTO)

Fəxriyyə Xələfovanın gənclərlə yeni layihəsi reallaşacaq (FOTO)
Şou-biznes 1591

"ADDIM” Gənclər Təşkilatı yeni mövsümdə üzvləri üçün mədəni istirahət imkanlarını artırır. 

BAKU.WS xəbər verir ki, ötən il gənclər və ictimaiyyət arasında böyük maraqla qarşılanan "KinoyaADDIMla” layihəsi ilə yanaşı, indi "TeatraADDIMla” devizi adı altında teatr tamaşalarına nümayişlər təşkil olunacaq.

Bu layihədə də gənclər tamaşaları ödənişsiz olaraq,  məhşur simalarla birgə izləyəcəklər. 

Gənclərin ilk teatr səfəri sentyabrın 16-da saat 18:00 da Səməd Vurğun adına dövlət Rus Dram teatrında olacaq. 

Təşkilat üzvləri ilk olaraq rejissor Aleksandr Şarovskinin, baş rollarını xalq artisti Səfa Mirzəhəsənov və əməkdar artist Nataliya Şarovskayanın oynadığı "Afina gecələri” tamaşasını izləyəcəklər. 

Qeyd edəki Rus Dram Teatrının 96-cı teatral mövsümünün açılışı günü nümayiş olunacaq əsər yazıçı Pyotr Gladilinin pyesi əsasında hazırlanıb. 

Layihədə isə ilk ulduz qonaq qismində əməkdar incəsənət xadimi, tanınmış modelyer Fəxriyyə Xələfova iştirak edəcək.

Qeyd edək ki artıq 2 ildən çox gerçəkləşdirilən layihə gənclər arasında incəsənət və mədəniyyət ocaqlarına getmə ənənəsini təbliğ etmək məqsədilə gerçəkləşdirilr.

Aytən.H

BAKU.WS

Oxşar xəbərlər

İlhamə Quliyeva dəfn olundu

İlhamə Quliyeva dəfn olundu

Ötən gün dünyasını dəyişən xalq artisti İlhamə Quliyeva dəfn olunub. BAKU.WS Apa-ya istinadən məlumat verir ki, xalq artisti II Fəxri xiyabanda torpağa tapşırı...

4186 Hadisə 15:26 26 fevral 2016

Son xəbərlər