Naibə Allahverdiyeva gizlin ərə gedib
Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Naibə Allahverdiyeva ərə gedib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə aktrisanın özü məlumat verib. O, bir müddət əvvəl nişanlandığı şəxslə nikah bağlayıb. Nikah bu ilin sentyabrında baş tutub.
Aktrisa bildirib ki, toy olmayacaq, onlar nikahlarını kiçik məclislə qeyd edəcəklər. Əməkdar artist toy və bəyin kimliyi barədə məlumat vermək istəməyib.
Xatırladaq ki, bu aktrisanın sayca ikinci evliliyidir. Onun 18 yaşlı bir qızı var, adı Məryəmdir.
Qeyd edək ki, əməkdar artist ərinin kimliyi barədə heç vaxt mətbuata açıqlama verməyib. O, sadəcə olaraq nişanlısının incəsənət dünyasından uzaq olduğunu söyləyib.
BAKU.WS
Oxşar xəbərlər
Lalə Məmmədova Fəvvarələr Meydanında pulsuz oxuyacaq
Əməkdar artist Lalə Məmmədova "Retro Bakı” layihəsi çərçivəsində konsert verəcək. BAKU.WS xəbər verir ki, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi tərəfində...