Azərbaycanda dəhşət - Kişi alimentə görə keçmiş arvadını məhkəmə zalında öldürdü
29
iyn
2018
14:13
Mingəçevir şəhərində kişi keçmiş arvadını bıçaqlayaraq qətlə yetirib.BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə Mingəçevir Şəhər Məhkəməsində, məhkəmə zalında olub.Mingəçevir şəhər sakini, 1981-ci il təvəllüdlü Əliyev Xalid Arif oğlu məhkəmə prosesi zamanı, hakimin gözü qarşısında keçmiş həyat yoldaşı, 1977-ci il təvəllüdlü Nəbiyeva Təranə Fərmail qızına hücum edərək üzərində gəzdirdiyi bıçaqla onun baş, boğaz və ürək nahiyəsindən bıçaq xəsarətləri yetirib.Məlumata görə, ər və arvad dörd il əvvəl boşanıb və bir uşağı olan qadın alimentin artırılması üçün məhkəməyə müraciət edib. Məhkəmə prosesi zamanı qadın və kişi arasında mübahisə yaranıb. Əsəbiləşən keçmiş ər arvadını amansızlıqla qətlə yetirib.Qadın ağır vəziyyətdə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Arvadını qaynanasının gözü qarşısında amansızlıqla öldürənə 17 İL HƏBS
Arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Elgün Ağahəsənovun cinayət işi üzrə məhkəmə başa çatıb.Lent.az-ın məlumatına görə. Bakı Ağır Cinayətlər...