Arvadını qaynanasının gözü qarşısında amansızlıqla öldürənə 17 İL HƏBS

Arvadını qaynanasının gözü qarşısında amansızlıqla öldürənə 17 İL HƏBS
Hadisə 1069
Arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Elgün Ağahəsənovun cinayət işi üzrə məhkəmə başa çatıb.Lent.az-ın məlumatına görə. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub.Hakimlər kollegiyasının hökmünə əsasən, E.Ağahəsənov 17 il müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, qətl ötən il Xırdalanda baş verib. Xırdalan şəhəri 20 Yanvar küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan 1986-cı il təvəllüdlü Ağahəsənov Elgün Rasim oğlu həyat yoldaşı - 1994-cü il təvəllüdlü Nadirova Axirə İsməmməd qızını şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bıçaqla qətlə yetirib.Qətl hadisəsi mərhumun anasının gözü qarşısında baş verib.E.Ağahəsənova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.BAKU.WS

Son xəbərlər