Bacısını qaçıran dayısı oğlunu öldürdü, körpüdən atdı - 16 il cəza verildi
Bacısını qaçırdığı üçün dayısı oğlunu öldürməkdə təqsirləndirilən Ağdam rayon sakini, 1995-ci il təvəllüdlü Nurlan Quliyevin məhkəməsi başa çatıb.
BAKU.WS xəbər verir ki, lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən Nurlan Quliyev 16 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror çıxışında Nurlan Quliyevin 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, təqsirləndirilən şəxs qismində ifadə verən Nurlan Quliyev dayısını oğlunu namus üstündə qətlə yetirdiyini demişdi: "Bacımı başqasına vermişdilər. Mahir gəlib qaçırdı. Bu da mənə yer elədi. Qərara gəldim ki, onu öldürüm".
Qətl hadisəsi keçən il sentaybrın 26-da Sabunçu rayonu Pirşaği qəsəbəsində baş verib. 21 yaşlı Nurlan Quliyev dayısı oğlu Mahir Quliyevi qəsəbədə yerləşən körpünün yaxınlığına çağırıb. Belə ki, M.Quliyev hadisədən bir həftə əvvəl evlənmək məqsədi ilə N.Quliyevin bacısını qaçırıb. N.Quliyev körpünün üzərində dayısı oğlu ilə əvvəlcə mübahisə edib. Daha sonra o, M.Quliyevin ürək nahiyəsindən bıçaqla zərbə vurub və onu körpünün üzərindən aşağı yamaca doğru atıb. M.Quliyev oradaca dünyasını dəyişib.
Hüquq-mühafizə orqanları tərəfindən Nurlan Quliyev tutulub. Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda bacısını bıçaqlayıb öldürən Çovanova hökm oxundu - 17 il
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını qətlə yetirməkdə təqsirləndirilən Emin Çobanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. "Report"un xəbə...