Bakıda qadını stəkanla öldürənlərə 39 il həbs verildi

Bakıda qadını stəkanla öldürənlərə 39 il həbs verildi
Hadisə 2231

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vüsal İsayev və Şəmsi Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

"Report"un məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə əvvəlcə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında hər iki şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmişin hüquqi varisi çıxışında prokrorun təqsirləndirilən şəxslərə məhkəmədən istədiyi cəza ilə razı olduğunu deyib.

Daha sonra məhkəmə heyəti müşavirəyə yollanıb. Müşavirədən qayıdan hakimlər kollegiyası hökmü elan edib. Məhkəmənin hökmü ilə V.İsayev 20 il və Ş.Məhərrəmov 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il aprelin 21-də Bakı şəhər sakini, 76 yaşlı Nelli Sultanovanın qulaq nahiyəsində əzilmiş xəsarətləri olan meyiti yaşadığı Suraxanı rayonunun Hövsan qəsəbəsindəki mənzilində tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində onun qonşusu V.İsayev və Bakı şəhər sakini Şəmsi Məhərrəmov tərəfindən tamah məqsədilə qətlə yetirilməsi müəyyən edilib və onlar tutulublar.

V.İsayev və Ş.Məhərrəmov evdən götürdükləri 750 manat pulu, bir ədəd qızıl üzük, iki ədəd qızıl sırğanı təhvil veriblər.

Məlum olub ki, qonşusu V.İsayev və Ş.Məhərrəmov N.Sultanovanı stəkanla qətlə yetirib. V.İsayev stolun üstündəki stəkanı götürərək N.Sultanovanın sol gicgah nahiyəsinə bir neçə dəfə vuraraq onu öldürüb.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər