Bakıda bacısını bıçaqlayıb öldürən Çovanova hökm oxundu - 17 il
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını qətlə yetirməkdə təqsirləndirilən Emin Çobanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə E.Çobanov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, qətl hadisəsi bu il mayın 26-da Nərimanov rayonu Faiq Yusifov küçəsi bina 36, mənzil 42 ünvanında baş verib. Səhər saatlarında E.Çobanov münaqişə zəminində bacısı Rübabə Çobanovaya mətbəxdən götürdüyü bıçaqla bir neçə zərbə vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Cinayət baş verən əraziyə gələn polis və prokurorluq əməkdaşlarından ibarət əməliyyat istintaq qrupu müvafiq ekspertiza təyin ediblər. Keçirilən əməliyyat tədbirləri nəticəsində E.Çobanov saxlanılıb.
BAKU.WS
Oxşar xəbərlər
Sevgilisi ilə birlikdə ərini qətlə yetirən tibb bacısına hökm oxundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Lalə Mahmudova və tanışı Sədi Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi b...