Azərbaycanda dəhşətli cinayət: ər arvadını ürəyindən bıçaqladı

Azərbaycanda dəhşətli cinayət: ər arvadını ürəyindən bıçaqladı
Hadisə 1784

 

Bu gecə Neftçala rayonunda ər arvadını qətlə yetirib.

BAKU.WS-in APA-ya istinadən məlumatına görə, Neftçala rayonunun Birinci Qaralı kənd sakini 1978-ci il təvəllüdlü Qafarov Ceyhun Abdulhüseyn oğlu həyat yoldaşı 1985-ci il təvəllüdlü Qafarova Aygün Arif qızını ürək nahiyəsinə bıçaq zərbəsi endirərək qətlə yetirib.

A. Qafarova 3 uşaq anasıdır. Faktla bağlı Neftçala rayon Prokurorluğunda araşdırma aparılır.

BAKU.WS

Son xəbərlər