Azərbaycanda axtarışda olan 47 nəfər həbs edildi
21
iyl
2018
10:12
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 114 cinayət faktı qeydə alınıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Natiq Cavadovun BAKU.WS-ə verdiyi məlumata görə, qeydə alınan cinayətlərdən 22-si “isti izlər”lə açılıb.Əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması təmin olunub.Axtarışda olduğuna görə ümumilikdə 47 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 40 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb.Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.BAKU.WS
Oxşar xəbərlər
Bağlı qalmış cinayətlə bağlı YENİ ƏMƏLİYYAT – Saxlanılanlar var
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 122 cinayət faktı qeydə alınıb, onların da 24-ü “isti izlər”lə açılıb.Daxili İşlər Nazirliyinin (DİN) M...