Azərbaycanda arvadı ilə barışmaq istəyən ər qayınatasını bıçaqladı

Azərbaycanda arvadı ilə barışmaq istəyən ər qayınatasını bıçaqladı
Hadisə 728
Ağstafa rayonunun Qaçaq Kərəm kəndində bıçaqlanma olub."Report"un Qərb bürosunun məlumatına görə, 1971-ci il təvəllüdlü kənd sakini Əliyev Kamaləddin Dursun oğlu 1992-ci il təvəllüdlü Yolçuyev Elşən Mikayıl oğlu tərəfindən döş qəfəsindən bıçaqlanıb.Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyata olunub.İlkin məlumatlara görə, K.Əliyev mübahisə zəminində kürəkəni tərəfindən bıçaqlanıb. Hadisəyə ailədaxili mübahisə səbəb olub. Belə ki, iki ay öncə E.Yolçuyevin həyat yoldaşı ondan küsərək ata evinə gedib. O, bir neçə dəfə qayınatasının evinə gedərək yoldaşı ilə barışmağı və geri qayıtmasını istəsə də, buna nail ola bilməyib. Bu axşam isə qayınatası ilə arasında mübahisə yaranıb. Nəticədə bıçaqlanma baş verib.Faktla bağlı araşdırma aparılır.Daha əvvəl Neftçalada qonşular arasında bıçaqlaşma olub.BAKU.WS

Oxşar xəbərlər

Bakıda şadlıq sarayında ofisiant müştərini bıçaqladı

Bakıda şadlıq sarayında ofisiant müştərini bıçaqladı

Bakıda restoranda bıçaqlanma hadisəsi baş verib.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, M.Hadi küçəsi 152 ünvanında yerləşən “T...

1209 Hadisə 13:15 18 yanvar 2019

Son xəbərlər