Azərbaycanda toyda müğənnini bıçaqladılar

Azərbaycanda toyda müğənnini bıçaqladılar
Hadisə 4682
Abşeron rayonunun Xocaəsən qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.BAKU.WS-in “Report”a istinadən verdiyi məlumata görə, 1992-ci il təvəllüdlü Cəfərov Vüsal Vüqar oğlu "Murad" şadlıq evində müğənnilik fəaliyyəti ilə məşğul olan zaman bıçaqlanıb.Hadisə onunla tanışları arasında düşən mübahisə zəminində qeydə alınıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.Müğənni ilkin dindirilmə zamanı yolu keçərkən maşın vurması nəticəsində xəsarət aldığını bildirsə də, araşdırma zamanı məlum olub ki, o, tanışları tərəfindən bud nahiyəsindən bıçaqlanıb.Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda vəzifəli şəxsi bıçaqladılar

Azərbaycanda vəzifəli şəxsi bıçaqladılar

Quba Rayon İcra Hakimiyyətinin (RİH) Memarlıq və tikinti şöbəsinin müdiri Nizaməddin Əmrullayev bıçaqlanıb.BAKU.WS-in Report-a istinadən məlumatına görə, hadisə...

2389 Hadisə 19:52 11 sentyabr 2017

Son xəbərlər