Azərbaycanda ər qısqandığı üçün arvadını öldürdü - DƏHŞƏTLİ QƏTL (VİDEO)
22
okt
2017
08:55
Həyat yoldaşı ilə mübahisə edən kişi onu atası evində öldürüb.Dəhşətli hadisə oktyabrın 20-də Tərtər rayonunun Bəyimsarov kəndində baş verib. Həyat yoldaşı ilə mübahisə edən Rufanə Cəfərli uşagını da götürərək atası evinə gəlib. Bakı şəhər sakini Emin Hüseynov kəndə gedərək arvadının qayıtmasını istəyib. O, münaqişə zəminində arvadı Rufanə Cəfərliyə bıçaqla xəsarət yetirib, nəticədə qadın hadisə yerində ölüb. Məlum olub ki, Emin Hüseynovla qayınatasıgil arasında əvvəllər də söz-söhbət olub. Hadisəni törədəndən sonra Emin Hüseynov könüllü Tərtər rayon Polis Şöbəsinə gələrək istintaqa təslim olub. Faktla əlaqədar cinayət işi başlanıb. Şəmkir sakini də bıçaqlanaraq qətlə yetirilib. Rayonun Zəyəm qəsəbə sakini, 27 yaşlı Tural Məmmədov bıçaq xəsarətləri ilə Şəmkir rayon Xəstəxanasına çatdırılsa da, onun öldüyü məlum olub. İlkin məlumata görə, Tural Məmmədov mübahisə zəminində həmyerlisi, 15 yaşlı yeniyetmə tərəfindən ürəyindən bıçaqlanaraq qətlə yetirilib. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır. Xezerxeber.az mövzu ilə bağlı daha ətrafl videomaterialı təqdim edir: BAKU.WS
Oxşar xəbərlər
Tərtərdə həyat yoldaşını qətlə yetirən şəxs polisə könüllü təslim oldu
Tərtər rayonunda həyat yoldaşını qətlə yetirən şəxs polisə təslim olub.BAKU.WS-in bildirir ki, məlumatı Daxili İşlər Nazirliyinin saytı yayıb. Bildirilib ki, ok...