Azərbaycanda dəhşətli cinayət: keçmiş arvadı ilə birgə yaşayan kişini qətlə yetirdi

Azərbaycanda dəhşətli cinayət: keçmiş arvadı ilə birgə yaşayan kişini qətlə yetirdi
Hadisə 1861

Tərtər rayonunda qətl hadisəsi törədilib.

Bu barədə "Report”a rayon prokurorluğundan məlumat verilib.

Məlumata görə, Tərtər rayon sakini Hüseynov Vüqar Sabir oğlu mübahisə zəminində 35 yaşlı Tanrıverdiyev Qaraxan Rövşən oğluna iki bıçaq zərbəsi vuraraq onu qətlə yetirib.

Belə ki, V. Hüseynov bir müddət əvvəl arvadı Cəmilə Əhmədovadan ayrılıb. Bundan sonra C.Əhmədova Q.Tanrıverdiyevlə birlikdə ər-arvad kimi yaşayıb. Keçmiş arvadını qısqanan V.Hüseynov Q.Tanrıverdiyev və C.Əhmədovanın birgə kirayədə yaşadığı evə gələrək mübahisə edib və nəticədə qətl hadisəsini törədib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, V.Hüseynovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. 

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər