Bakıda inanılmaz olay: "Sevgilisini öldürüb qaçanda qəzaya düşdü"

Bakıda inanılmaz olay: Sevgilisini öldürüb qaçanda qəzaya düşdü
Hadisə 4768

 

Bakıda qətl hadisəsi törədilib.

BAKU.WS bildirir ki, bu barədə Trend-ə Suraxanı Rayon Prokurorluğundan məlumat verilib. Hadisə oktyabrın 25-də Suraxanı rayonunun Südçülük Sovxozu ərazisində baş verib.

1965-ci il təvəllüdlü Ağayev Azər Şirməmməd oğlu qeyri-rəsmi ər-arvad münasibətində olduğu 1971-ci il təvəllüdlü Talıbova İlhamə Eynulla qızının yaşadığı mənzilə gələrək onu qətlə yetirib.

Sonra şəxsi avtomobili ilə hadisə yerindən uzaqlaşmağa cəhd edən A.Ağayev Suraxanı rayonu ərazisində avtomobili maneəyə çırpıb. Qəza nəticəsində ağır bədən xəsarətləri alan A.Ağayev 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda qardaş namus üstündə bacısını qətlə yetirdi

Azərbaycanda qardaş namus üstündə bacısını qətlə yetirdi

Sumqayıt şəhər sakini bacısını qətlə yetirib. Bu barədə şəhər prokurorluğundan məlumat verilib. Məlumata görə, şəhərin "Saray bağları” ərazisində yaşayan 1992-...

1899 Hadisə 11:22 12 oktyabr 2016

Son xəbərlər