Qumarda bıçaqlanan şəxs xəstəxanaya gedərkən qəzaya düşdü

21
avq
2017
11:00
Gəncədə sürücü yaralı halda idarə etdiyi avtomobillə qəzaya düşüb.BAKU.WS xəbər verir ki, "Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib. 1976-cı il təvəllüdlü Gəncə şəhər sakini Sərdar Mahmud oğlu Məmmədov yığıncaqda mübahisə etdiyi şəxs tərəfindən bıçaqlanıb. O öz avtomobilinə oturaraq xəstəxanaya yollanıb. Onu Goranboy rayon sakini, 1963-cü il təvəllüdlü Mehriban Hidayət qızı Məmmədova da müşaiyət edib.Dövlət nömrə nişanı “22 BJ 376” olan avtomobildə idarəetməni itirən yaralı S.Məmmədov yol kənarındakı divara çırpılıb. Nəticədə sürücü və qadın sərnişini ağır xəsarət alıb. Hazırda bıçaqlanan S.Məmmədov əməliyyata götürülüb, qəzada yaralanan M. Məmmədova isə travmotologiya şöbəsinə yerləşdirilib.Hüquq-mühafizə orqanları əməkdaşlarının araşdırmaları nəticəsində məlum olub ki, qumar oyunu zamanı 10 manat üstündə dava düşüb. Nəticədə Sərdar Məmmədov Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü Azər Həmzə oğlu Ələsgərovu döyüb. Bu zaman Azərin həyat yoldaşı Məmmədovu qarın nahiyəsindən bıçaqlayıb. Hadisədə döyülən A.Əsgərov da xəstəxanaya yerləşdirilib. Onun həyat yoldaşı isə saxlanılıb.Faktla bağlı araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər
Azərbaycanda ikiqat dünya çempionu çayxanada adamı döyüb öldürdü
Gəncə şəhərində meyiti tapılan şəxsin ikiqat dünya çempionu tərəfindən öldürüldüyü məlum olub. BAKU.WS bildirir ki,"Report"un Qərb bürosunun məlumatına görə, G...