Azərbaycanda 8 nəfərin yaralandığı ağır qəzadan görüntülər (VİDEO)

Azərbaycanda 8 nəfərin yaralandığı ağır qəzadan görüntülər (VİDEO)
Video
Hadisə 1166
Hacıqabul rayonunda 8 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.“Report”un Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının 125-ci kilometrliyində, Hacıqabul şəhərinin çıxışında qeydə alınıb."07-EG-547" dövlət qeydiyyat nişanlı "Mercedes Vita" markalı avtomobillə "90-DA-004" dövlət qeydiyyat nişanlı maşının toqquşması nəticəsində 6-sı ağır olmaqla 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar 3-ü reanimasiya şöbəsinə olmaqla Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.Zərərçəkmişlərdən hələ ki, 5-nin adı məlumdur. Bunlar Bakı sakinləri - 1991-ci il təvəllüdlü Köçəliyeva Elnarə Əhməd qızı, 1968-ci il təvəllüdlü Pirişova Rübabə Şahlar qızı, 1981-ci il təvəllüdlü Mikayılova Samirə Hacıbala qızı, 1986-cı il təvəllüdlü Tağızadə Şəhla Firdovsi qız və 1967-ci il təvəllüdlü Həsənova Yaqut İlham qızıdır.Digərlərinin şəxsiyyətləri dəqiqləşdirilir.Faktla bağlı araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər