Mikroavtobus “KamAZ”la toqquşdu - 6 qadın, 2 kişi yaralandı

Mikroavtobus “KamAZ”la toqquşdu - 6 qadın, 2 kişi yaralandı
Hadisə 1206
Sabirabad rayonunda mikroavtobus yük maşını ilə toqquşub.“Report” Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 06:30 radələrində rayonun Polad Toğayı kəndi ərazisində baş verib.Qəza nəticəsində 8 nəfər xəsarət alıb. Əksəriyyəti qadın olan yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.Sabirabad rayonunda mikroavtobusla yük maşınının toqquşması nəticəsində xəsarət alanların adları məlum olub.“Report” Mil-Muğan bürosunun məlumatına görə, “Mercedes” markalı mikroavtobusla qoşqulu “KamAZ”ın toqquşması nəticəsində xəsarət alanlar aşağıdakılardır:Mikroavtobusun sürücüsü, Qarağac kənd sakini, 1963-ci il təvəllüdlü Əliyev Cəmaləddin Əhməd oğlu;Rayonda fəaliyyət göstərən istixanalardan birində işləyən Polad Toğayı kənd sakinləri:1965-ci il təvəllüdlü İsayeva Qəmər Səhrab qızı1965-ci il təvəllüdlü Şahquliyeva Gülşən Əlövsət qızı1978-ci il təvəllüdlü İbadova Şəfiqə Tahir qızı1967-ci il təvəllüdlü İsayeva Lətifə Abbas qızı1993-cü il təvəllüdlü Eyvazov Oral Rövşən oğlu1963-cü il təvəllüdlü İslamova Bircəqız Qaroğlan qızı1963-cü il təvəllüdlü Cəfərova ZinaidaBAKU.WS

Son xəbərlər