Oğuzda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var - FOTO

Oğuzda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var - FOTO
Hadisə 1370
Oğuz rayonunda yol qəzası baş verib.BAKU.WS report-a istinadən Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun Oğuz rayonunun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.Belə ki, Qax şəhər sakini, 1981-ci il təvəllüdlü Fərhad Bəhram oğlu Bilalov idarə etdiyi 90-MG-934 dövlət qeydiyyat nişanlı "Mercedes Vito" markalı mikroavtobusla Qaxdan Bakı istiqamətində hərəkətdə olarkən qarşıdan gələn Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Tural Aqif oğlu Ağayevin idarə etdiyi 99-DC-875 dövlət qeydiyyat nişanlı "Opel Vectra" markalı minik avtomobili ilə toqquşub.Qəza nəticəsində T.Ağayev və mikroavtobusun sərnişinləri, Qax rayon sakinləri - 1976-cı il təvəllüdlü Nəcabət Bayram qızı Yusifova və onun oğlu, 2003-cü il təvəllüdlü Elman Yusif oğlu Yusifov aldıqları ağır bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.Mikroavtobusda olan digər sərnişinlər - Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Vəfa Sabir qızı Əfəndiyeva, Qax rayon Ləkit kənd sakini, 1993-cü il təvəllüdlü Beycət Xalid qızı Yusifli, Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Şəfiqə Çərkəz qızı Cəfərova, İmişli rayon sakini, 1991-ci il təvəllüdlü Vəfa Bəxtiyar qızı Ağayeva və onun bacısı, 2000-ci il təvəllüdlü Jalə Bəxtiyar qızı Ağayeva Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. J.Ağayevanın vəziyyəti ağır olduğundan o, Şəki Rayon Mərkəzi Xəstəxanasına köçürülüb.Faktla bağlı araşdırma aparılır.BAKU.WS

Son xəbərlər