Azərbaycanda quduz itlər insanlara hücüm edib 10 nəfəri dişlədi - VİDEO
25
apr
2019
08:47
Lənkəranda quduzlaşmış itlər sakinlərə hücum edib."Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Lənkəran rayonunun Liman şəhərində baş verib.Bildirilir ki, 9 nəfər it dişləməsi diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Belə ki, 1999-cu il təvəllüdlü Kazımlı Tural Sadiq oğlu, 1974-cü il təvəllüdlü Muradov Tahir Vəlihəd oğlu, 1959-cu il təvəllüdlü Əkbərov Meysəm Ağakərim oğlu, habelə Həbibov Zahid Fərhad oğlu (1988), İsmayılova Nailə Abdulhəsən qızı (1957), Hüseynov Şakir Cənnət oğlu (1955), Aslanlı İsa Rövşən oğlu (1994), Məmmədov Əlifağa Ələkbər oğlu (2000) it dişləməsi diaqnozu ilə xəstəxanaya gətiriliblər. Daha bir nəfər isə ambulator yardımdan sonra evə buraxılıb.Lənkəranda daha bir nəfər it dişləməsi ilə xəstəxanaya gətirilib.1990-cı il təvəllüdlü Abbasov Anar Zakir oğlu Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Bununla da quduz itlərin dişləməsi zamanı xəsarət alanların sayı 10 nəfərə alıb.
Qalereya
Oxşar xəbərlər
Şabranda 14 yaşlı məmur oğlu yeniyetmə qızı avtomobillə vurub
Şabran rayonu Uzunboyad kəndində yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS "Report"a istinadən xəbər verir ki, Uzunboyad kəndinin sakini, 2004-cü il təvəllüdlü T...