Şabranda 14 yaşlı məmur oğlu yeniyetmə qızı avtomobillə vurub

Şabranda 14 yaşlı məmur oğlu yeniyetmə qızı avtomobillə vurub
Hadisə 1025
Şabran rayonu Uzunboyad kəndində yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS "Report"a istinadən xəbər verir ki, Uzunboyad kəndinin sakini, 2004-cü il təvəllüdlü Tofiq Rafiq oğlu Muradov idarə etdiyi "VAZ-2107" markalı, 90-XF-512 dövlət nömrə nişanlı minik avtomobili ilə həmkəndlisi, 2005-ci il təvəllüdlü Səkinə Ramin qızı İsmayılovanı vurub.S.İsmayılova təcili tibbi yardım avtomobili ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sağ ayağının baldır nahiyəsinin sınığı diaqnozu qoyulub, yaralı tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.Tofiq Muradovun Uzunboyad kənd bələdiyyəsinin sədri Rafiq Muradovun oğlu olduğu bildirilir.Faktla bağlı Şabran Rayon Polis Şöbəsində araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Astara sakini qardaşını bıçaqlayıb

Astara sakini qardaşını bıçaqlayıb

Astara rayon sakini qardaşını bıçaqlayıb.BAKU.WS "Report"a istinadən xəbər verir ki, Səməd Vurğun küçəsi, ev 117-də yaşayan, 1962-ci il təvəllüdlü Beytulla Məni...

679 Hadisə 21:45 09 oktyabr 2018

Son xəbərlər