Astara sakini qardaşını bıçaqlayıb
09
okt
2018
21:45
Astara rayon sakini qardaşını bıçaqlayıb.BAKU.WS "Report"a istinadən xəbər verir ki, Səməd Vurğun küçəsi, ev 117-də yaşayan, 1962-ci il təvəllüdlü Beytulla Məni oğlu Xəlilova qardaşı Akif tərəfindən bıçaq xəsarəti yetirilib.Yaxınlarının bildirdiyinə görə, hər iki qardaş bir həyətyanı evdə yaşayır. B.Xəlilov avtomobil təmiri ustasıdır. Qardaşı onun həyətdə avtomobilləri təmir etmək üçün istifadə etdiyi yerə odun yığıb. Bu zaman onlar arasında mübahisə yaranıb. Mübahisə zamanı Akif Beytullanı bıçaqla vurub.Yaralı təcili tibbi yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona döş qəfəsinin sol nahiyəsinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Lənkəran sakini kürəkənini bıçaqladı
Lənkəranda gənc qayınatası tərəfindən bıçaqlanıb.BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə barədə polis şöbəsinə xəsarət alan şəxs özü zəng vuraraq məl...