Kişi kafeda işləyən arvadını bıçaqladı – Azərbaycanda qanlı hadisə

Kişi kafeda işləyən arvadını bıçaqladı – Azərbaycanda qanlı hadisə
Hadisə 1768
Zaqatalada ər arvadını bıçaqlayıb.BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında Zaqatala şəhərində fəaliyyət göstərən kafelərdən birində bıçaqlanma baş verib.Kafedə işləyən Zaqatala şəhər sakini 1970-ci il təvəllüdlü Rəşid Çingiz oğlu Hüseynov hələ ki istintaqa məlum olmayan səbəbdən kafedə işləyən həyat yoldaşı 1976-cı il təvəllüdlü Kəmalə İlham qızı Hüseynovaya bir neçə bıçaq zərbəsi vurub. Hadisədən sonra xəsarət alan Kəmalə Hüseynova Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.MRX-dan bildirilib ki, Kəmalə Hüseynovaya sol kürək nahiyəsinin, qarnının və sağ süd vəzisinin kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti diaqnozu qoyulub, müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır.Hadisəni törətməkdə şübhəli sayılan Rəşid Hüseynov polis tərəfindən saxlanılıb.Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Kişinin sinəsini deşib, başını kəsdilər - Azərbayanda DƏHŞƏT

Kişinin sinəsini deşib, başını kəsdilər - Azərbayanda DƏHŞƏT

Şəkidə 48 yaşlı kişi mübahisə zəmnin həmkəndlisi tərəfindən bıçaqlanıb.BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu gecə saat 3 radələrində rayonun Baltalı kənd...

6321 Hadisə 11:04 30 iyun 2018

Son xəbərlər