Cəlilabadda bələdiyyə işçisi maşınla iki piyadanı vurub
05
yan
2018
23:05
Bu gün saat 18:00 radələrində Ələt-Astara magistral avtomobil yolunun Cəlilabad rayonunun Göytəpə şəhərindən keçən hissəsində 2 piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1966-cı il təvəllüdlü rayon sakini Bədirov Qabil İsrafil oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə Göytəpə şəhər sakinləri - 1956-cı il təvəllüdlü Qafarov Qəhrəman Yusif oğlu və Qurbanov Rafiq Səxavət oğlunu vurub.Yaralılar müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.Sürücü Q.Bədirov rayonun Privolnoye bələdiyyəsinin üzvüdür.Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Ağsuda iki uşağı avtomobil vurub
Ağsu rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 18:00 radələ...