Azərbaycanda yük maşını dərəyə aşdı, ölən və yaralananlar var

10
mar
2018
09:30
Lerikdə yük maşını dərəyə aşıb.BAKU.WS xəbər verir ki, APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Piran-Zeynəko yolunda baş verib.Qəza zamanı "Qaz-66" yük maşınının dərəyə aşması nəticəsində 1984-cü il təvəllüdlü Kamal Cəfər oğlu Ağayev hadisə yerində ölüb, 1984-cü il təvəllüdlü Babək Əhəd oğlu Xəlilov və 1985-ci il təvəllüdlü Zaur Atakişi oğlu Hüseynov xəsarət alıb.Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətləri ağır kimi qiymətləndirilir. Qeyd edək ki, hər üç şəxs rayonun Zeynəko kənd sakinləridir.Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Lənkəranda motosikletlə yük maşını toqquşdu
Lənkəranda yol-nəqliyyat hadisəsi olub.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Lənkəran rayonunun Şilavar kəndi ərazisində...
