Azərbaycan sərhədçilərini gül və şokaladlarla aldatmaq istədilər - FOTO

Azərbaycan sərhədçilərini gül və şokaladlarla aldatmaq istədilər - FOTO
Foto
Hadisə 579

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən (DSX) BAKU.WS-ə verilən məlumata görə, dekabrın 11-də “Astara” sərhəd nəzarət məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına rəsmi qaydada gələn İran vətəndaşı 1991-ci il təvəllüdlü Asadi Ramin Sedigh oğlunun üzərinə sərhəd və gömrük baxışı keçirilən zaman 25 bükümdə konfet bağlamanın içərisində və xüsusi hazırlanmış gül səbətinin altında gizlədilmiş şəkildə ümumi çəkisi 2 kq 137 qr “tiryək” narkotik vasitə aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs barəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

Bu il külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

Bu il külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

Azərbaycan polisi bu ilin 10 günü ərzində külli miqdarda narkotik maddə dövriyyədən çıxarıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə mə...

501 Hadisə 13:30 11 yanvar 2019

Son xəbərlər