Astarada əvvəllər iki dəfə məhkum olunmuş şəxsin evindən 2 kq-a yaxın narkotik tapılıb
16
dek
2017
11:10
Astara polisi evində 2 kq-a yaxın narkotik vasitə saxlayan şəxsi saxlayıb.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran Regional qrupundan "Report"un Cənub bürosuna verilən məlumata görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Zaur Hüseynov saxlanılıb.Polis Şöbəsində baxış zamanı onun üzərindən narkotik vasitə olan 35 qram çəkidə tiryək aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib. Evə baxış zamanı selofan bağlamada gizlədilmiş 1 kq 900 qram çəkidə narkotik vasitə aşkar olunaraq götürülüb. Saxlanılan şəxsin üzərindən və evdən götürülən, ekepertizaya təqdim olunan narkotik vasitənin ümumi çəkisi 1 kiloqram 935 qram tiryək olması barədə rəy verilib. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər iki dəfə məhkumluq həyatı yaşayan Z.Hüseynov narkotik vasitəni tanımadığı İran vətəndaşı olan Rza adlı şəxsdən aldığını bildirib.Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.BAKU.WS
Oxşar xəbərlər
DTX və DSX birgə əməliyyat keçirdi
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları birgə əməliyyat keçirib. DTX-nin Mətbuat Mərkəzindən bildirilib ki, tədbirlər nə...