Bu il külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

Bu il külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb
Hadisə 501

Azərbaycan polisi bu ilin 10 günü ərzində külli miqdarda narkotik maddə dövriyyədən çıxarıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.Verilən məlumata görə, 71 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.Bildirilir ki, respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla və qətiyyətlə davam etdirirlər.Bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin təkcə 10 günü ərzində güclü təsiredici xüsusiyyətə malik, ümumi çəkisi 71 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, o cümlədən 10,7 kiloqramdan çox heroin, 14,6 kiloqrama yaxın həşiş, 45,6 kiloqram marixuana və 60 qram tiryək götürülərək qanunsuz dövriyyədən çıxarılıb.Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.BAKU.WS

Oxşar xəbərlər

Külli miqdarda narkotik aşkarlandı

Külli miqdarda narkotik aşkarlandı

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.Daxili İşlər Naz...

815 Hadisə 13:30 07 yanvar 2019

Son xəbərlər