Astarada baş verən qəzada piyada ölüb
17
noy
2024
22:34
Astara rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Pensər kəndində baş verib.
Pensər kənd sakini 1985-ci il təvəllüdlü Qismət Cəbrayıl oğlu Feyziyev idarə etdiyi "VAZ-2104" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və piyada Xəyalə Məzahir qızı Nəsirovanı vurub. Qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Nəqliyyat vasitəsi yol kənarındakı internet dirəyinə çırpılaraq dirəyi də sıradan çıxarıb.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
"Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər
Sumqayıtın Corat qəsəbəsində ərinin həyat yoldaşını qətlə yetirməsi ilə bağlı hadisənin bəzi təfərrüatı məlum olub. BAKU.WS "Azad Azərbaycan" (ATV) telekanalına...