Astara Gömrük İdarəsində 148 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb - FOTO

Astara Gömrük İdarəsində 148 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb - FOTO
Foto
Hadisə 167

Astara Gömrük İdarəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

BAKU.WS xəbər verir ki, ölkə ərazisindən tranzit keçməklə İrandan Rusiyaya "kərəviz və kahı" yükü daşıyan nəqliyyat vasitəsində 58 kiloqram 610 qram həşiş və 89 kiloqram 705 qram marixuana aşkar olunub.

Ümumilikdə 148 kiloqramdan artıq narkotik vasitə müsadirə edilib.

Stasionar rentgen qurğusunda aparılan baxış zamanı şübhəli cizgilər müşahidə edildiyindən yük avtomobili kinoloji xidmət itinin tətbiqi ilə ətraflı gömrük yoxlamasından keçirilib. Nəticədə nəqliyyat vasitəsindəki iki paletdə gömrük nəzarətindən gizlədilən narkotik vasitələr aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

TikTok canlı yayımında dəhşət: qadını bıçaqladı

TikTok canlı yayımında dəhşət: qadını bıçaqladı

TikTok sosial şəbəkəsində şok hadisə baş verib. BAKU.WS xəbər verir ki, Türkiyədə TikTok-da "Karagül" adı ilə tanınan istifadəçi canlı yayım zamanı mübahisə etd...

3 Hadisə 13:55 20 aprel 2026

Son xəbərlər