VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Bakıda mənzildən böyük məbləğdə pul oğurlanıb.

BAKU.WS
-in "Report"a istinadən verdiyi məlumata görə, hadisə Nəsimi rayonunda baş verib.

Belə ki, Rəşid Behbudov küçəsi ev 142-də yaşayan Rusiya Federasiyasının vətəndaşı Bəhman Niyazi oğlu Səmədovun evində olan 190 min ABŞ dollarının 150 min dolları naməlum şəraitdə oğurlanıb. Oğru (və ya oğrular) mənzildəki 40 min dolları saxlayaraq gedib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 21-ci bölməsində araşdırma aparılır.

BAKU.WS