SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Dekabrın 4-də saat 12:30 radələrində "Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə qəza baş verib.
 
BAKU.WS-in SOCAR-a istinadla verdiyi məlumata görə, güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış budkası ilə birlikdə uçurub dənizə atıb. 
 
Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın matorçuları-1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov budkada olublar. Dənizdə operativ axtarış işlərinə başlanılıb.
 
Güclü küləyin yaratdığı maneəyə baxmayaraq, hazırda itkin düşən nefçilərin axtarışı Fövqəladə Hallar Nazirliyinin vertolyotu, həmçinin Xəzər Dəniz Gəmiçiliyinin "Vixr-9” yanğınsöndürən gəmisi, "Avyor” dalğıc gəmisi və "Samir Quliyev” yedək gəmisi ilə davam etdirilir. Hadisənin təfərrüatları özülə göndərilmiş komissiya tərəfindən araşdırılır.
 
Axtarış və araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.
 
BAKU.WS