Şıxovda dənizdə batan qadınların kimliyi məlum olub

Şıxovda dənizdə batan qadınların kimliyi məlum olub
Hadisə 152

Qaradağda dənizdə batan qadınların kimliyi məlum olub.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin"112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 700 metr aralı dənizdə nəzarətsiz ərazidə 2 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Axtarışlar nəticəsində dalğıclar tərəfindən 1977-ci il təvəllüdlü Qurbanova Ziyafət Kamal qızının və 1986-cı il təvəllüdlü Məmmədova Nurlana Muradxan qızının meyitləri suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***15:52

Bakıda dənizdə iki nəfər boğulub.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Şıxov çimərliyində baş verib.

Dənizdə batan iki qadının meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Lerik-Lənkəran sərhədində zəlzələ olub

Lerik-Lənkəran sərhədində zəlzələ olub

Lerik-Lənkəran sərhədində zəlzələ olub. Bu barədə BAKU.WS-ə AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Yeraltı təkanın maqnitud...

12 Hadisə 16:22 10 avqust 2026

Son xəbərlər