Zərdabda DƏHŞƏTLİ QƏZA: 5 nəfər yanaraq ölüb - ADLAR
Yeniliklərdən dərhal xəbərdar olun
Zərdabda yol qəzası baş verib, 5 nəfər yanaraq ölüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, qəza gecə saatlarında Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb.
Belə ki, "KİA" markalı minik maşını hərəkətdə olarkən traktorla toqquşub.
Bu zaman avtomobildə anidən yanğın başlayıb. Qəza zamanı avtomobildə olan 5 nəfər yanaraq ölüb.
Zərdabda baş verən qəzada ölənlərin adları bunlardır: Minik avtomobilinin sürücüsü 1989-cu il təvəllüdlü Elyar Qalib oğlu Məhəmmədov, 1954-cü il təvəllüdlü Qalib Soltan oğlu Məhəmmədov, 1981-ci il təvəllüdlü Susanna Namizəd qızı Məhəmmədova, 1956-cı il təvəllüdlü Səkinə Sədulla qızı Məhəmmədova və 1979-cu il təvəllüdlü Mehriban Zabit qızı Kərimovadır.
1997-ci il təvəllüdlü Reyhan Nəsib qızı Məhəmmədova isə hadisə zamanı xəsarət alıb.
Hadisə yerinə rayonun hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...