Sonuncu "Miss Avstriya" müsabiqəsinin qalibi 22 yaşında vəfat etdi
Avstriyada sonuncu "Miss Avstriya" titulunun sahibi vəfat edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb.
22 yaşlı Lüçiya Şişiçin ölümü barədə sentyabrın 7-də axşam saatlarında məlum olub. 2024-cü ildə qız "Miss Vyana" və "Miss Avstriya" titullarını qazanıb. 2025 və 2026-cı illərdə maliyyə çətinlikləri səbəbindən "Miss Avstriya" müsabiqəsi keçirilməyib, buna görə də Şişiç milli səviyyədə fəaliyyət göstərən gözəllik kraliçası olaraq qalıb.
Qeyd olunub ki, qız ürək qapağında qüsurla doğulub və uşaqlıqdan etibarən yeddi əməliyyat keçirib. Sonuncu əməliyyat 2025-ci ilin sonunda baş tutub. Şişiç özün yaxşı hiss etdiyini, növbəti müdaxiləyə isə yalnız bir neçə ildən sonra ehtiyac duyulacağını deyib. Avqustun ortalarında qız istirahətə gedib və sosial şəbəkə səhifəsində kurortdan fotolar paylaşıb.
L.Şişiç Vyanada doğulub, lakin valideynləri ölkəyə Bosniya və Herseqovinadan gəliblər.
Qalereya
Oxşar xəbərlər
Hər il 12 milyon qız 18 yaşına çatmadan ailə həyatı qurur: BMT-dən tarixi qərar
BMT Baş Assambleyası Uşaq, Erkən və Məcburi Nikahların Ləğvi üzrə Beynəlxalq Gün təsis edib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu tarix hər il noyabrın...