ABŞ İranın aviasiyasına qarşı sanksiyalar tətbiq etdi

ABŞ İranın aviasiyasına qarşı sanksiyalar tətbiq etdi
Dünya 7

ABŞ İranın aviasiya sektoruna və onunla əlaqəli şirkətlərə qarşı 36 yeni sanksiya tətbiq edib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, ABŞ Maliyyə Nazirliyindən bildirilib ki, tətbiq edilən məhdudiyyətlər "Mahan Air" və digər İran aviaşirkətlərinin uçuşlarının dayandırılmasına yönəlib.

Sanksiyalar, həmçinin İranın ABŞ istehsalı olan təyyarələri və həssas texnologiyaları əldə etmək üçün istifadə etdiyi saxta şirkətlərə, xarici vasitəçilərə və yükdaşıma sxemlərinə qarşı çevrilib.

ABŞ Maliyyə Nazirliyinin iddialarına əsasən, Tehrana bu cür satınalmaları həyata keçirməyə kömək edən Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri də sanksiya siyahısına daxil edilib.

Ölkənin maliyyə təşkilatlarına İranın aviasiya sənayesini dəstəkləyən satınalma şəbəkələri barədə məlumat vermək tövsiyə olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər