Metroda cibgirlik edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini F.Babayeva yanvarın 17-də metronun “Gənclik” stansiyasında cibindən mobil telefonunun oğurlandığını bildirib.

Polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa zamanda cinayət əməlini törədən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum olunmuş Emil Kudaybirqanov olması məlum olub.

Aparılan tədbirlərlə onun yanvarın 19-da metronun “28 May” stansiyasında daha bir qadının cibindən mobil telefonunu oğurlaması da müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

BAKU.WS