"Tərtər işi" ilə bağlı ittiham olunan daha bir qrup şəxs hökmdən kassasiya şikayəti verib
"Tərtər işi" ilə bağlı ittiham olunan daha bir qrup şəxs- Cümşüd Qurbanov, Cavid Ağadadaşov, Fuad Axundov, Ramil Əhmədov, Fuad Ağayev barələrində olan hökmdən kassasiya şikayəti verib.
BAKU.WS trend-ə istinadən xəbər verir ki, iş Ali Məhkəmənin hakimi İlqar Cəfərovun icraatına verilib.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Ramil Əhmədov 9 il 6 ay, Fuad Ağayev 13 il, Fuad Axundov 9 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Cavid Ağadadaşov və Qurban Cümşüdovun isə çəkdikləri cəza hesablanmaqla üzərlərində qəti olaraq 4 il azadlıqdan məhrum etmə cəzası saxlanılıb.
Qeyd edək ki, onlara Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Bakıda kondisionerə görə dava edən iki kişi sığınacaqdan çıxarıldı
Bakıda reabilitasiya müəssisəsində dava olub. BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabunçu rayonu Z...