Xocasəndə yanğın söndürülüb

Xocasəndə yanğın söndürülüb
Video
Hadisə 575

Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində taxta sexinin ərazisində baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb. 

Bu barədə BAKU.WS-ə FHN-dən məlumat verilib.

***17:33

Məlumat verildiyi kimi, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində taxta sexinin ərazisində yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

BAKU.WS xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumat yayıb. 

Qeyd olunub ki, Yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir. 

Əlavə məlumat veriləcək.

***17:06

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində taxta sexinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. 

BAKU.WS nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən taxta yeşiklərin yandğı müəyyən edilib. 

Yanğınla mübarizə tədbirləri davam etdirilir. 

Əlavə məlumat veriləcək.

Son xəbərlər