"Prius"un "Tarqovı"ya girməyinin səbəbi bilindi - ANBAAN GÖRÜNTÜLƏR
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən bildirilib ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 17 may 2025-ci il tarixində Fəvvarələr meydanında keçiriləcək "V Autizm Festivalı" ilə bağlı əraziyə gecə saatlarında mülki nəqliyyat vasitələrinin girişinə icazə verilib.
Qurumun BAKU.WS-ə verdiyi məlumata əsasən, festivalın təşkili üçün tələb olunan texniki avadanlıqların əraziyə çatdırılması məqsədilə nəqliyyat vasitələri "Bakı Abadlıq Xidməti" MMC-nin rəsmi icazəsi ilə sözügedən əraziyə buraxılıb.
***13:00
Bakıda avtomobillərin girişi qadağan edilən ərazidə "Toyota Prius" peyda olub.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, kadrlarda nömrəsi aydın düşməyən "Prius" markalı avtomobilin sürücüsünün onu şəhərin Nizami küçəsində idarə etdiyi əks olunub.
Maşının oraya hansı şəraitdə daxil olduğu hələlik bilinmir.
Sözügedən kadrları təqdim edirik:
Oxşar xəbərlər
11-ci sinif şagirdi Araz çayında batıb
İmişli rayonunda 11-ci sinif şagirdinin Araz çayında boğulması ilə nəticələnən hadisə baş verib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə axşam saatla...