Döyülərək öldürülən Elgünün imtahan nəticələri açıqlandı

Gəncədə döyülərək öldürülən Elgün İbrahimovun mayın 4-də verdiyi Azərbaycan dili imtahanının nəticəsi bu gün açıqlanıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, mərhum 11-ci sinif şagirdi Azərbaycan dili fənnindən 100 baldan 85 bal toplamağı bacarıb.
Bu barədə bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən SMS-bildiriş göndərilib:
"İbrahimov Elgün Zaur: 04.05.2025 tarixində Azərbaycan dili (dövlət dili) fənnindən keçirilmiş imtahanda 100 baldan 85 bal toplamısınız".
Eyni zamanda, Elgün martın 9-da keçirilən DİM-in 11-ci siniflər üçün buraxılış imtahanında 204 bal (300 baldan) toplayıb.
Oxşar xəbərlər
Bu BÜRClər heç vaxt bir yerdə ola bilməzlər
Astroloqların fikrincə bəzi bürclər bir-birlərini tapdıqlarına səmimi şəkildə inana bilərlər, amma münasibətləri hər halda məhvə məhkumdur. Hətta dostluq da gec...
