Bank kartlarından 20 min manatdan çox pul oğurlanıb
Mayın 16-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 7200, 4840, 3995, 2000, 1000, 812, 152, 138, 84, 80 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatda vurğulanıb ki, bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır.
"Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır", - məlumatda qeyd edilib.
Oxşar xəbərlər
20 illik fəaliyyətə son: General-leytenant Etibar Mirzəyev vəzifədən azad edilməsindən danışdı
"Yaşla əlaqədar olaraq təqaüdə çıxmışam". BAKU.WS xəbər verir ki, bu sözləri "Qafqazinfo"ya açıqlamasında fövqəladə hallar nazirinin vəzifəsindən azad olunan mü...