Bakıda içində sərnişinlər olan avtobus QORXU SAÇDI - Ətrafı tüstü bürüdü

Bakıda içində sərnişinlər olan avtobus QORXU SAÇDI - Ətrafı tüstü bürüdü
Foto Video
Hadisə 750

"Avtobusun nasosunda problem yaranıb. Maşın işləyib, sürücü də təlimata uyğun olaraq mühərriki dayandırıb".

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq daşıyıcı şirkət olan "Menloqq" MMC-dən bildirilib.

Qeyd olunub ki, baş vermiş problem 1 dəqiqəlik olub.

***09:12

Bakıda sərnişin avtobusu tüstülənib.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. 

Bildirilib ki, hadisə bu gün səhər saat 06:36-da, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində, metronun "8 Noyabr" stansiyasının yaxınlığında qeydə alınıb. 

Hadisə şahidinin sözlərinə görə, 83 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda tüstülənmə baş verən zaman içərisində sərnişinlər olub.

Hadisə yerindən kadrları təqdim edirik:

Son xəbərlər