İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Dövlətimizin başçısı Kasım-Jomart Tokayevə ad günü münasibətilə təbriklərini çatdıraraq, ona möhkəm cansağlığı və prezidentlik fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycan Prezidenti Kasım-Jomart Tokayevin rəhbərliyi altında Qazaxstanın dayanıqlı inkişafını və beynəlxalq səviyyədə nüfuzunun artdığını vurğulayıb.
Qazaxıstan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.
Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluğa və qardaşlığa əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluqlarını ifadə edib və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Terror üzərində möhtəşəm qələbə - "Kaspi"nin TƏHLİLİ
Türkiyəyə qarşı təzyiqlərdə istifadə edilən PKK terror təşkilatı 50 ilə yaxın davam edən münaqişədən sonra özünün ləğvini elan edib. PKK yaydığı açıqlamada qrup...
