Aylardır meyiti dənizdə axtarılan musiqiçinin gizləndiyi yer MƏLUM OLDU

Aylardır meyiti dənizdə axtarılan musiqiçinin gizləndiyi yer MƏLUM OLDU
Video
Sosial 344

Dənizdə boğulduğu ehtimal edilirdi, amma 7 aydan sonra sağ-salamat tapılıb.

Polis tərəfindən itkin kimi axtarılan 28 yaşlı Qurbanlı Kənan artıq evində - ailəsinin yanındadır.

Doqquz ay axtarışda olan Kənan başına gələnləri Baku TV-yə danışıb:

"Bu müddət ərzində küçədə yaşadım, fəhlə kimi işlədim. Bütün sənədlərimi evdə qoymuşdum. Atamla mübahisələrimiz olurdu. Deyirdi ki, az iç, belə olmaz. Dəfələrlə skripkamı sındırmışdı, deyirdi ki, musiqi səni uçuruma aparır, ondan uzaqlaş. Planlaşdırırdım ki, nə vaxtsa qayıdacağam. Səslərini eşitmək üçün zəng etdim. Atam telefona cavab verdi, hiss etdi ki, mənəm. O zəngdən sonra nömrəni qırıb tulladım ki, birdən araşdırıb taparlar. Artıq getmək fikrim yoxdur, ailəmin yanındayam".

Qeyd edək ki, ötən ilin oktyabrında itkin düşən Kənan Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tapılıb.

Ətraflı süjetdə:

Son xəbərlər