SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Bakı metrosunda oğurluq edən şəxslər tutulub.
 
BAKU.WS-in Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi xəbərə görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən Hacı Mehdiyev tutulub. Onun ətrafında Yasamal RPİ 27-ci PB  əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun fevralın 22-də daha bir paytaxt sakininin mobil telefonunu oğurlaması da müəyyən edilib.
 
Martın 8-də metronun "Nizami Gəncəvi" stansiyasında qatarda Ağsu rayon sakini Camo Qəniyevin cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Nazim Tağıyev də Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.
 
Hər iki faktla bağlı araşdırma aparılır.

Arzu Mirzəyeva
BAKU.WS